Şənbə, 03 Fevral 2018 17:16

Tuzxurmatu da yeni terror qrupu peyda olub

Tuzxurmatu da yeni terror qrupu peyda olub

İraqın Səlahəddin vilayətinin Tuzxurmatu şəhərində ağ bayraqlarla yeni terror qrupu təşkil olunub.

Əl-Məyadin televiziyasının məlumatına görə, İraqın şimalındakı dağlar və bu ölkənin neft obyektləri yaxınlığında yeni bir terror qrupunun formalaşması bölgəyə təhdiddir. Bu qrup kürd və İŞİD-in sabiq döyüşçülərindən təşkil olunub və İraq qüvvələri onların hücumları ilə mübarizəyə hazırlaşır. 

Bildirilir ki, Ağ Bayraqlar qrupunun üzvləri çoxlu silahlar, o cümlədən ağır artilleriya və minaatanlara malikdirlər. 

Dəyərləndirmələrə əsasən, İŞİD-in məğlubiyyətindən sonra yaranan bu qrupun silahlı ünsürlərinin sayı 500-1000 nəfər arasındadır. 

Şərh yaz


Məxfi kod
Yenilə