Cümə axşamı, 25 Yanvar 2018 14:37

Xalq səfərbər qüvvələri İraq xalqının potensiallarını təşkilatlandırdı

Xalq səfərbər qüvvələri İraq xalqının potensiallarını təşkilatlandırdı

İraqda xalq səfərbər qüvvələri təşkilatının sədr əvəzi deyib: Xalq səfərbər qüvvələrinin İraqın digər qüvvələri ilə koordinasiyası son qələbəni mümkün etdi.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Əbu Mehdi Əl-Mühəndis deyib: Xalq səfərbər qüvvələri hərbi səhnədə İŞİD-in həyatına son qoydu, təhlükəsizlik səhnəsində isə terrorizm ilə mübarizəsini davam etdirərcək . Mühəndis deyib: Xalq səfərbər qüvvələri xalqın potensiallarını təşkilatlandıra bildi və on minlərlə iraqlı gəncə təlimat verərək 4 ildən az bir müddətdə mükəmməl və mütəşəkkil bir hərbi sistem yaratdı. Əl-Mühəndis deyib: Allaha şükürlər olsun ki, biz 96-97 illik fəaliyyət keçmişinə malik olan qurumlarla paralel şəkildə fəaliyyət göstərən, İraq ordusu və terrorizm ilə mübarizə qüvvələrindəki İraq xalqının övladları ilə çiyin-çiyinə əhəmiyyətli bir baza yarada bildik və birgə mübarizədə qələbə reallaşdı. Xalq səfərbər qüvvələri ilə digər təhlükəsizlik və hərbi qüvvələr arasında həmrəylik, səmimilik və xüsusi əlaqə, bu mübarizənin nəticəsini təyin edən ən əsas və önəmli amillərdən biri idi. 

Şərh yaz


Məxfi kod
Yenilə