Bazar ertəsi, 22 Yanvar 2018 19:32

İraqlı komandan: ABŞ Bağuz sərhəd bölgəsinin terrorçulardan azad edilməsini istəmir

İraqlı komandan: ABŞ Bağuz sərhəd bölgəsinin terrorçulardan azad edilməsini istəmir

İraq Xalq Səfərbər Qüvvələrinin əl-Anbar vilayətinin qərb istiqamətindəki əməliyyat komandanı ifşa edib ki, ABŞ İraqın Suriya ilə sərhədində Bağuz bölgəsinin İŞİD terror qruplaşmasından təmizlənməsinə imkan vermir.

Əl-Aləm televiziyasının məlumatına görə, İraqın Xalq Səfərbər Qüvvələrinin əl-Anbar vilayətinin qərbində əməliyyat komandanı Qasim Müslih əl-Aləmə deyib: Suriya ərazisində yerləşdirilən ABŞ qüvvələri İraq qüvvələri, ordu və xalq səfərbərq qüvvələrinə atəş açır və hücum edirlər. 

Qasim Müslih deyib: Reallıq budur ki, Fəratın yuxarı hissəsində Bağuz adlı bir bölgə vardır. Bizim qarşımızda Suriya Demokrat Qüvvələridir. Suriya və İraq ərazisində Bağuz bölgəsində  troyka vardır. Bu bölgə İŞİD-çilər və nüfuz edən ünsürlərin hücumlarından əziyyət çəkir və onlar bizim təhlükəsizlik bölmələrimizə hücum edirlər. Bu bölgənin azad olunması üçün təkliflər edilib. Lakin orada yerləşən təhlükəsizlik qüvvələri deyirlər ki, amerikalı qüvvələr İraq qüvvələrinin bu bölgəyə daxil olmasına imkan vermilər. 

Şərh yaz


Məxfi kod
Yenilə