Cümə axşamı, 04 Avqust 2011 08:35

Ərdəbilin imam cüməsi: Azərbaycanla Ermənistan arasındakı...

Ərdəbilin imam cüməsi: Azərbaycanla Ermənistan arasındakı...

Aran Radio-Minsk qrupu və Qarabağ müzakirələrinə qatılan ölkələr region münaqişələrinin tamamlanmasını istəmirlər

“Arannewsin” Ərdəbil cümə namazından verdiyi xəbərə əsasən höccətül-islam vəl müslimin Amili bu şəhərin cümə namazı xütbələrində PJAK-ın son terror əməliyyatına və sipahın onunla iqtidarla mübarizəsinə işarə edərək dedi: “Terrorçular Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində təlim keçirlər”. Davamında Seyid Amili bildirib: Ermənistan işğalı altında olan Dağlıq Qarabağ, ABŞ və İsrailin hərbi düşərgələrinə çevrilmişdir və terrorçu qruplar orada təlimlər alırlar.

Ərdəbilin imam cüməsi Azərbaycala Ermənistan arasındakı sülhün 18 il müddətində nəticəsiz qalmasına toxunaraq deyib: “İndiyə qədər uzanan müzakirələr, müzakirə yox, siyasi oyun olubdur”.

O, açıqlayıb: “Minsk qrupu və Qarabağ müzakirələrinə qatılan ölkələr region münaqişələrinin tamamlanmasını istəmirlər. Azərbaycanla Ermənistan arasındakı “nə sülh, nə də müharibə” vəziyyətinin beləcə davam etməsi, böyük ölkələrin istəyidir.

Ərdəbil imam cüməsi Azərbaycanın Ermənistandan daha yüksək təchizat və qüdrətli olmasına işarə edərək deyib: “Maraqlıdır ki, o tərəfdən NATO da Azərbaycanı hədələyir ki, öz torpaqlarını işğaldan azad etmək üçün müharibə və hərbi vasitədən istifadə etməyə haqqın yoxdur. Rusiya da qoymur, NATO da qoymur. Amma Azərbaycandakı vəziyyət belə göstərir ki, dövlət özü də Qarabağ bəhanəsi ilə ölkədəki fövqəladə vəziyyətin qalmasına meyillidir”. 

Cümə namazının xətibi Qarabağın erməni işğalından azad olma yolunun təkcə Azərbaycan Respublikasının öz dindar qüvvələrinə arxalanması bildirərək deyib: “Bu böhran o vaxt tamam ola bilər ki, Azərbaycan şiə döyüşçüləri cəbhədə müharibəni öz öhdəsinə alsın”.

O, artırıb: Əgər Azərbaycan dövləti böyük dövlətlərə etimad etmək əvəzinə öz daxili mömin və dindar qüvvələrinə arxalansaydı, Qarabağ problemi çox-çox qabaqlar bu ölkə müsəlmanlarının xeyrinə tamamlanmışdı.

Ərdəbil imam cüməsi təkid edərək deyib ki, mömin və azadə qüvvələri İİR-na nisbət vermək və Azərbaycanda iman və əqidədən ilham almış bir qüvvəyə arxalanmamaq, səhv siyasətdir. Amma çox təəssüflər olsun ki, Azərbaycan dövləti hələ də bu siyasəti davam etdirir. Bu siyasət millətçi Əbülfəz Elçibəyin hakimiyyəti dövründə də var idi və İslam ölkəsi Azərbaycanın 20% işğal olmasına səbəb oldu.

Şərh yaz


Məxfi kod
Yenilə