Çərşənbə, 03 Avqust 2011 09:40

İran raketləri ABŞ sahillərinə zərbə endirməyə qadirdir

İran raketləri ABŞ sahillərinə zərbə endirməyə qadirdir

Aran Radio-“Washington times” qəzeti yazıb: “İran raketləri 1200 milə çatır və ABŞ-ın Orta Şərqdə bütün hərbi bazalarını hədəf ala bilər”.

“Washington times” qəzetinin yazdığına görə, Iran hal-hazırda raket sistimlərini inkişaf etdirməkdədir. İslam İnqilabının Mühafizə Korpusu keçirdiyi hərbi manevr zamanı bir neçə uzaqmənzilli və xüsusilə ballistik raketlərini uğurla sınaqdan keçirdib.
HaqqYolu-nun “əl-Aləm” akanlına istinadən verdiyi xəbərə görə, “Washington times” qəzeti yazıb: “İran raketləri 1200 milə çatır və ABŞ-ın Orta Şərqdə bütün hərbi bazalarını hədəf ala bilər”.
Qəzet bildirib: “Həmçinin İranın hərbi donamması fəaliyyətlərini genişləndirib. Fevral ayında 30 ildən sonra ilk dəfə İranın iki hərbi gəmisi Süveyş kanalı keçdi. Daha sonra isə İran hərbi donamması uğurla Hind okeanında fəaliyyətini genişləndirdi və yeraltı gəmiləri Qırmızı dənizdə 2 aylıq missiyalarını icra etdilər.”
Qəzet yazıb: “İranın bir hərbi və ya ticarət gəmisi rahatcasına Meksika köfəzi kanarından raket ata bilər. Belə olan halda, təqribən bütün ABŞ-ı əhatə edə bilər.”

Şərh yaz


Məxfi kod
Yenilə