Bazar, 31 iyul 2011 08:32

İrandan Türkiyəyə qaz ixracı bu gün bərpa olunacaq

İrandan Türkiyəyə qaz ixracı bu gün bərpa olunacaq

Aran Radio-İran İslam Respublikasının Milli Qaz Şirkətinin sözçüsü İrandan Türkiyəyə mavi yanacaq nəql edən boru kəmərində bərpa və təmir əməliyyatlarının başa çatması ilə bu gün boru vasitəsi ilə qaz nəqlinin bərpa olunacağını bildirib.

Cümə günü səhər Bəzirgan sərhəd məntəqəsinin yaxınlığında naməlum səbəblər üzündən İrandan Türkiyəyə mavi yanacaq nəql edən boru kəmərində partlayış baş vermişdi. Nəticədə İrandan Türkiyəyə qaz nəqlində müvəqqəti fasilə yarandı.

İranın Milli Qaz Şirkətinin sözçüsü Məcid Bucarzadə Fars Xəbər Agentliyi ilə müsahibədə bu hadisəyə işarə edərək, deyib: Boru kəməri üzərindəki bərpa əməliyyatları son mərhələdədir. Və bu gün günorta saatlarından etibarən Türkiyəyə qaz nəqli bərpa olunacaq.

İran-Türkiyə qaz boru kəməri gün ərzində 30 milyon kubmetr maye qaz nəql edir.

Şərh yaz


Məxfi kod
Yenilə