Bazar, 31 iyul 2011 08:31

Əhmədinejad "Muxtarnamə" teleserialının rejissorunu alqışladı

Əhmədinejad "Muxtarnamə" teleserialının rejissorunu alqışladı

Aran Radio-İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün şənbə "Muxtarnamə" teleserialının rejissoru Davud Mirbaqiriyə xatirə lövhəsi təqdim edib.

İRNA-nın məlumatına görə, ölkə prezidenti Radio və Televiziya Təşkilatının konfrans zalında ostan mərkəzləri kanalının açılış mərasimində mədəniyyət xadimlərindən olan Davud Mirbaqirinin səylərini yüksək qiymətləndirib.

"Muxtarnamə" teleserialının rejissoru Davud Mirbaqiri də prezident tərəfindən təltif olunmasının ardınca çıxış edib.

Mərasimdə Radio və Televiziya Təşkilatının sədri İzzətulla Zərğami və onun müavinləri də iştirak ediblər.

"Muxtarnamə" teleserialının son bölümü dünən axşam ekran edildi.

İran prezidenti bu mərasimdə "Şoma" kanalını rəsmən istifadəyə verməlidir. Bu kanal ostan mərkəzlərinin ən yaxşı verilişlərini yayımlamalıdır.

Şərh yaz


Məxfi kod
Yenilə