Bazar, 31 iyul 2011 08:30

19-cu Beynəlxalq Quran Sərgisi keçirilir

19-cu Beynəlxalq Quran Sərgisi keçirilir

Aran Radio-Quran, İlahi təlimlərin dini mərifəti ilə bağlı bəşəriyyətin ixtiyarında olan ən real və ən orijinal sənəddir. Quran, müsəlmanlar arasında birlik, həmrəylik, vəhdət və dini mərifətin əsasıdır. İran İslam Respublikasında müxtəlif mövzularda Quran təlimlərinə xüsusi diqqət göstərilir.

Mübarək Ramazan ayı isə Quran-Kərimin nazil olduğu ay olaraq insanların xüsusilə də ziyalıların, tələbələrin və elm əhlinin Quran ilə tanışlığı üçün ən yaxşı fürsət sayılır.

İslam Mədəniyyəti və Düşüncələri Araşdırmaları Mərkəzinin direktoru Höccətülislam Vəlmüslimin Rəşad 19-cu Beynəlxalq Quran Sərgisi haqda deyib: Beynəlxalq Quran Sərgisinin hər il keçirilməsi bir növ müqəddəs İslam Respublikası quruluşu tərəfindən ilahi vəhy-ə və Quran-Kərimə olan hörmətin nişanəsidir və bu il sərgi daha çeşidli və geniş formada keçirilir. Sərgidə incəsənət nümunələrinə daha çox rast gəlinir.

19-cu Beynəlxalq Quran Sərgisində uşaqlar, yeniyetmələr və ailələr üçün xüsusi Quranla tanışlıq bölmələri də təsis edilib ki, Quranla bağlı müxtəlif yeniliklər baxış keçirənlərin diqqətinə çatdırılır və onlar üçün xüsusi proqramlar nəzərdə tutulur.

19-cu Beynəlxalq Quran Sərgisinin rəisi Höccətülislam Həmid Məhəmmədi bu ilki Quran sərgisi haqda deyir: "19-cu Beynəlxalq Quran Sərgisi İslam dünyasında Quranla bağlı ən mühüm və böyük hadisə sayılır. Və bu sərgi artıq 18 ildir ki, ardıcıl olaraq keçirilir. Cari ildə sərginin əsas xüsusiyyətlərindən biri İslami Oyanış bölməsidir. Bu bölmədə İslam Dünyasında şahidi olduğumuz son hərəkətlərin və böyük İslami Oyanış hərəkatının Quran-Kərimə dayanan əsasları gündəmə gətirilir. Düşmənlərin tanınması bölməsində isə sionizm, vəhhabilik və İslam Dünyasının digər düşmənlərinin tanıtdırılmasına səy göstərilir."

19-cu Beynəlxalq Quran Sərgisinin rəisi həmçinin Quran sərgisi keçirmək istəyən digər ölkələrin diqqətinə çatdırdı ki, bu sahədə lazımi köməkliyin göstərilməsinə hazırdır.

Sərginin beynəlxalq bölməsində dünyanın 30 ölkəsindən nümayəndələr iştirak edib və təqribən 50 beynəlxalq şəxsiyyət sərgiyə qatılacaq. Sərginin beynəlxalq bölməsi Ramazan ayının 10-dan fəaliyyətə başlayacaq.

Şərh yaz


Məxfi kod
Yenilə