Bazar, 31 iyul 2011 08:28

"Muxtarnamə": Saf düşüncə və ideal etiqadların ən gözəl incəsənət

"Muxtarnamə": Saf düşüncə və ideal etiqadların ən gözəl incəsənət

Aran Radio-İran İslam Respublikası prezidenti deyib: "Muxtarnamə" çox gözəl və həmişəyaşar bir incəsənət nümunəsidir ki, saf düşüncə və ideal etiqadları ən gözəl formada nümayiş etdirib.

İRNA-nın məlumatına görə, Mahmud Əhmədinejad şənbə günü 23-cü Media Üfüqü seminarında "Muxtarnamə" teleserialının rejissoru Davud Mirbaqirini alqışladıqdan sonra "Muxtarnamə"ni ən zəngin və gözəl incəsənət nümunələrindən adlandırılıb və deyib: Bu dəyərli incəsənət nümunəsi bütün dünyaya təqdim edilə bilər və daha uca üfüqlərə doğru sıçrayış tramplini sayılır.

Ali Mədəni İnqilab Şurasının sədri Mirbaqiri və bu teleserialın çəkilişində rolu olan hər bir kəsi alqışlayaraq, deyib: Bu teleserial ilə bağlı əlavə mübahisələr üçün müstəqil iclaslar keçirilməlidir.

Ölkə prezidenti həmçinin deyib: Cənab Mirbaqiri çox gözəl və unudulmaz əsərlər yaradıb və onun işlərində təkamülə doğru hərəkət, sağlam düşüncə və düzgün fikirlər müşahidə edirik.

M.Əhmədinejad sözlərini belə davam etdirib: "Muxtarnamə" teleserialının bir çox hissəsini izlədim və heç bir yerdə səhnələrin süni və ya qurama olduğunu hiss etmədim. Həmişə dastanın gedişində mühüm hadisələr yaradan ünsürlər var idi.

Prezident bu incəsənət nümunəsini məktəbin kamil dövrü adlandırıb və deyib: İnsanların və ictimai qrupların müxtəlif səhnələrdəki rəftarlarının öyrənilməsi üçün tarixin mütaliə edilməsi gələcək nəsillər üçün ibrətamiz ola bilər.

****

Ölkənin incəsənət potensialının 30%-i "Muxtarnamə" teleserialının çəkilişinə səfərbər edilib

"Muxtarnamə" teleserialının rejissoru da öz çıxışında ölkənin kinematoqrafiya və incəsənət potensialının 30%-nin bu teleserialın çəkilişinə səfərbər olduğunu bildirib.

Davud Mirbaqiri bu mühüm işdə rolu olan bütün şəxslərə təşəkkür edərək, deyib: Ümidvaram bu teleserialın çəkilişində əldə olunan təcrübə ölkənin kinematoqrafiyasında yeni işlərin görülməsində təsirli rola malik olsun.

O, həmçinin ümidvarlıq edib ki, bu təcrübədən növbəti işlərdə faydalanmış olsun.

"Muxtarnamə" teleserialının rejissoru əlavə edib: Bu təcrübələrdən istifadə edərək, çalışacağıq ki, gələcəkdə daha təsirli və güclü işlər ilə gündəmə gələk.

Mirbaqiri sonda deyib: Əgər bu gün "Muxtarnamə" xalqın ürəyində özünə yer edibsə bu, Muxtarnamə və onun özündə daşıdığı dərin mənanı dərk edən rəsmilərin diqqəti və zəhmətinin bəhrəsidir.

Şərh yaz


Məxfi kod
Yenilə