Şənbə, 30 iyul 2011 09:23

Polşa səfiri: Sanksiyaların İran-Polşa münasibətlərinə təsiri yoxdur

Polşa səfiri: Sanksiyaların İran-Polşa münasibətlərinə təsiri yoxdur

Aran Radio- Polşanın Tehrandakı səfiri deyib: Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyaların Tehran ilə Varşava arasındakı ticarət əlaqələrinə təsiri yoxdur.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Polşanın İrandakı səfiri Yulis Gojlo İranın şərqində Semnan vilayətinin ticarət palatası, sənaye və mədənlər üzrə məsul şəxsləri ilə toplantıda deyib: İrana Avropa Birliyi tərəfindən embarqo qoyulsa da, ikitərəfli ticarət davam edir və yalnız neft və qaz sənayesindəki fəal şirkətlər İranla əməkdaşlıq edə bilməzlər.
Gojlo deyib: Siyasət şirkətlərin işində o qədər də müdaxilə edə bilməz və Polşa hökumətinin öz şirkətlərinin daxili məsələlərinə müdaxilə etmək hüququ yoxdur. Əgər bir şirkət istəyərsə, İranla lazımi əməkdaşlıq edə bilər.
Polşanın İrandakı səfiri söyləyib: İran və Polşa arasında bir çox əməkdaşlıqlar özəl sektordadır və iki ölkənin iş adamları özəl banklarda ticarət əməkdaşlıqlarının genişləndirilməsi üçün investisiya qoya bilərlər.

Şərh yaz


Məxfi kod
Yenilə