Şənbə, 30 iyul 2011 09:21

Gənclərin qanuni tələblərinin təmini İranın gündəmindədir

Gənclərin qanuni tələblərinin təmini İranın gündəmindədir

Aran Radio-İran İslam Respublikasının BMT-dəki səfiri gənclərin qanuni tələblərinin təmin olunmasını İİR-nin gündəmindəki məsələlərdən sayıb.

Fars İnformasiya Agentliyinin məlumatına görə, İranın BMT-dəki nümayəndəsinin müavini İshaq Ali-Həbib bu təşkilatın Baş Assambleyasının gənclər barəsində keçirilən ali iclasında bugünkü dünyada gənclərin rolu və vəziyyəti barəsində İranın ideyalarını açıqlayaraq bildirib: İranın inkişafları gənc nəslin qüdrəti və gənclərin polad iradələri qarşısında sanksiyalar kimi problemlərin təsirsiz olduğunu göstərir.
İranın BMT-dəki səfiri deyib: İİR-nın nailiyyətləri sübut etdi ki, hər vaxt gənclərə imkan yaradılarsa, onlar maneələrin olmasına baxmayaraq, müxtəlif sahələrdə, o cümlədə biotexnologiya, tibb elmləri, sülhməramlı nüvə elmi və kosmos sahələrində diqqəti cəlbedəcək nailiyyətləri ölkəyə töhfə verə bilərlər.
Ali-Həbib İran əhalisinin təxminən 60%-i gənclərin təşkil etdiyini və İranın dünyada ən gənc nəsilli olduğunu bəyan edərək deyib: Gənclərin qanuni tələbləri və ehtiyaclarını təmin etmək İran İslam Respublikasının gündəmindəki məsələlərdəndir.

Şərh yaz


Məxfi kod
Yenilə