Şənbə, 30 iyul 2011 09:12

Kor ürəkli düşmənlər xalqlara xidmətin çatdırılmasına mane olurlar

Kor ürəkli düşmənlər xalqlara xidmətin çatdırılmasına mane olurlar

Aran Radio-Tehranın cümə namazı xitabətçisi deyib: İran İslam Respublikası quruluşunun kor ürəkli düşmənləri Kürdüstan məntəqəsində əmin-amansızlıq yaratmaqla məntəqə əhalisinə xidmətin göstərilməsində maneə yaratmaq ardıncadırlar.

Tehranın bu həftəki cümə namazı xitabətçisi höccətülislam vəlmüslimin Kazım Siddiqi İranın şimal-qərb və İraqın Kürdüstan sərhədlərində terrorçu Pejak qruplaşmasının nəhs əməllərinə toxunaraq İslam İnqilabı Keşikçilər Korpusu-Sepahın bu terrorçu qruplaşma ilə mübarizədəki rolunu alqışlayıb.
Tehranın cümə namazı xitabətçisi habelə Tehranın Xacə Nəsrəddin Tusi Universiteti tələbəsinin sionist rejimin casusluq təşkilatı Mossad amilləri tərəfindən terror olunmasını pisləyib və deyib: Terrorizm hamiləri bu addımla bəşəriyyətin nifrətini öz qarşılarında qoyublar.
"İran alimlərinin terror olunması İranın islami quruluşunun inkişafına mane ola bilməz və düşmənlər bilməlidirlər ki, İİR elmi inkişaflar istiqamətində hər gün yeni fəthlərini dünyaya təqdim edir" -deyə Höccətüilslam vəlmüslimin Siddiqi söyləyib.
Tehranın cümə namazı xitabətçisi habelə İslam İnqiabının Böyük Rəhbərinin İranın cənubunda Hörmüzqan vilayətinə səfəri və ordunun dəniz qüvvələrinin fəaliyyətləri ilə yaxından tanış olmalarını çox xeyir və bərəkətli sayıb və deyib: İran İslam Respublikası ordusunun dəniz qüvvələrinin iqtidarı müdafiə xarakterlidir və regionun təhlükəsizlik və stabilliyini təmin edir.

Şərh yaz


Məxfi kod
Yenilə