Şənbə, 30 iyul 2011 09:09

İran-Türkiyə qaz boru kəməri 48 saata təmir olunacaq

İran-Türkiyə qaz boru kəməri 48 saata təmir olunacaq

Aran Radio-İranın Milli Qaz şirkətinin sözçüsü İran-Türkiyə qaz ixracı boru kəmərinin gələn 48 saat ərzində təmir olunacağını bildirib və deyib: Mütəxəssislərin səyi ilə bu boru kəməri mümkün olan ən qısa zamanda təmir olunacaq.

Məcid Bucarzadə cümə günü İRNA ilə müsahibədə İran qazını Türkiyəyə ixrac edən boru kəmərindəki partlayış barəsində deyib: Bu boru kəməri cümə axşamından cümə gününə keçən gecə saat 02:10 radələrində Bazərgan sərhədi yaxınlığında naməlum səbəbə görə partlayıb və Türkiyəyə qaz ixracını müvəqqəti olaraq dayandırıb.
"Texniki və əməliyyat qrupları bu partlayışın elan olunmasının ilk saatlarından hadisə yerində olub və bu kəməri təmir etməyə başlayıblar" -deyə Bucarzadə söyləyib.
Bucarzadə bildirib: Mütəxəssislərimizin bacarığını nəzərə alaraq proqnoz edilir ki, bu boru kəməri mümkün olan ən qısa zamanda təmir olunacaq və Türkiyəyə qaz ixracı davam edəcək.
İran və Türkiyə qaz boru kəmərində partlayışdan öncəyə qədər bu boru kəməri gün ərzində Türkiyəyə 30 milyon kubmetr maye qazı nəql etmək qabiliyyətinə malik idi. Eyni zamanda cari ilin əvvəlindən indiyə qədər İran qazının qonşu ölkələrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 7% artıb.
Ötən il ümumilikdə 6 milyard 800 milyon kubmetr maye qaz Türkiyəyə ixrac olunub. Proqnoz edilir ki, qonşu ölkəyə qaz ixracı 10 milyard kubmetrə çatacaq.
Hazırda İran qazının nəqli şəbəkəsi və sıxlığın möhkəmləndirilməsi obyektləri gündəlik 30 milyon kubmetr qazı Türkiyəyə ixrac etmək qabiliyyətinə malikdir. Mövcud kəmər və obyektlər vasitəsi ilə qaz ixracının həcmini gündəlik 40 milyon kubmetrə yəni ildə 15 milyard kubmetrə çatdırmaq mümkündür.

Şərh yaz


Məxfi kod
Yenilə