Şənbə, 30 iyul 2011 09:07

Türkiyəyə ixracda 100 milyon dollar dəyərində gömrük rüsumu

Türkiyəyə ixracda 100 milyon dollar dəyərində gömrük rüsumu

Aran Radio-İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya Ticarət İnkişafı üzrə idarənin baş müdiri gömrük rüsumu ödənilmədən Türkiyəyə 100 milyon dollar dəyərə malik olan yük ixracına dair razılaşmanın imzalandığını bildirib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə İranın Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya Ticarət İnkişafı üzrə idarənin baş müdiri Əmir Talibi Urmiyədə İran və Türkiyənin müştərək sərhəd ticarət komitəsinin 7-ci toplantısının ixtisaslı qruplar üzrə iclaslarının sonunda deyib: Bu hərəkət iranlı iş adamlarına sərhəd ticarətində asanlaşmaların təqdim olunması istiqamətindədir. Bu razılıqda iranlı iş adamları ildə 100 milyon dollar dəyərində yükü gömrük rüsumu ödəmədən Türkiyəyə ixrac edə bilərlər.
İİR Qərbi Azərbaycan vilayəti vasitəsi ilə Türkiyə ilə 550 km müştərək sərhədə malikdir və hazırda iki ölkə sərhədlərində 3 gömrük obyekti və 3 müştərək kiçik bazar fəaliyyət göstərir.

Şərh yaz


Məxfi kod
Yenilə