Cümə axşamı, 28 iyul 2011 09:59

İran və Azərbaycan polisi arasında yaxın əlaqə qurulub

İran və Azərbaycan polisi arasında yaxın əlaqə qurulub

Aran Radio-İran İslam Respublikası polisinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin rəisi general-leytenant Həmidrza Hüseynabadi SƏHƏR kanalı ilə eksklüziv müsahibədə dedi: İranın şimaldakı qonşu ölkələrlə çox gözəl münasibətləri var; Azərbaycan, Ermənistan və Xəzəryanı ölkələrlə çox gözəl münasibətlərə malikdir.

"İki ay öncə Xəzəryanı ölkələrin narkotik maddələrlə mübarizə idarələri polis rəislərinin Ənzəli liman şəhərində toplantısı oldu. Bu iclasın Ənzəli şəhərində keçirilməsində məqsəd bu idi ki, İranın sahilyanı ölkələrlə çox yaxın münasibətləri var. Eyni zamanda bildirmək istəyirdik ki, biz vahid bir ideyaya xidmət edirik. Bir-birlərimizə kömək etmək və narkotik maddələrin qaçaqmalçılığının qarşısını almaq istəyirik" -deyə general bildidi.

Hüseynabadi söyləydi: Azərbaycan polisi ilə çox gözəl münasibətlərə malikik və narkotik maddələr qaçaqmalçılarına dair məlumatların mübadiləsində daim əlaqədəyik. Yaxaladığımız qaçaqmalçılar barəsində biz Azərbaycan polisinə məlumat veririk. Azərbaycan polisinin də qaçaqmalçılar barəsində məlumatları olduğunda bizə ötürürlər.

"Biz hazırda Azərbaycan polisi ilə birlikdə hər il mütəmadi iclasın keçirilməsinin ardıncayıq. Belə ki, bir il Azərbaycan polisinin başçıları İrana gələrək mübarizə sahəsində öz nailiyyətlərini bizimlə paylaşsın, sərhədlərdə olsunlar və görüşlər keçirilsin. Növbəti il isə İran polisi Azərbaycana belə əməkdaşlıqları həyata keçirsin" -deyə İran polisinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin rəisi söylədi.

Hüseynabadinin sözlərinə görə, Xəzəryanı ölkələrin iclasında bir anlaşma imzalandı. Razılaşmaya əsasən, Xəzəryanı ölkələr məlumatların mübadiləsi üzrə öz fəaliyyətlərini genişləndirəcəklər. Bu da İranın nailiyyətlərindən biri sayılır.

Onun fikrincə, İran və Azərbaycan polisinin anlaşması sayəsində narkotik qaçaqmalçıları ilə ciddi, qətiyyətli davranılmasının şahidi olacağıq.


"Bildiyiniz kimi İran regionda narkotik maddələrin qaçaqmalçılığının əsas qurbanlarındandır. Bu, Əfqanıstanda olan amerikalılar və qərblilərin İrana qarşı fitnələrindən biridir. Bu ölkələr Əfqanıstanda iştirak edərək qaçaqmalçılara ya diqqət yetirmir, yaxud da onları İrana qarşı istiqamətləndirirlər. Bu yolla onların iştirakı bu zərərli vasitələr və onun xəsarətləri ilk öncə İrana, sonra isə qonşu ölkələrə zərbə vurur. Bunun nəticəsi olaraq region ölkələri əcnəbilərin iştirakına görə bir çox xəsarətlərə məruz qalırlar. Amerikalılar 2001-ci ildə Əfqanıstana gəldikləri zaman Əfqanıstanda tiryəkin istehsalı 180 ton idi. 2008-ci ildə 8100 tona çatdı. Bu il də məsələnin hansı vəziyyətdə olacağı məlum deyil. Bu il 4000 tona yaxın tiryək Əfqanıstanda istehsal olunub. Eyni zamanda təxminən 3500 ton da həşiş istehsal olunub. Belə ki, bu il Əfqanıstan dünyada ən böyük tiryək və həşiş istehsalçısı hesab olunur. Bu da qonşu ölkələr üçün ən böyük təhdiddir. Çünki İran bunun istifadəsi üçün ən yaxın bazardır.

"Sadaladığım səbəblərə görə qonşu ölkələr birləşməli və narkotik maddələr və onun qaçaqmalçılarını məhv etməliyik. Eyni zamanda vətəndaşlarımızın ona aludə olmasının qarşısını almalıyıq" -deyə polis rəisi sözlərinə son qoydu.

Şərh yaz


Məxfi kod
Yenilə