Cümə axşamı, 28 iyul 2011 09:58

Tehran "İsrail"in cilovlanmasını BMT-yə göstərdi

Tehran "İsrail"in cilovlanmasını BMT-yə göstərdi

Aran Radio-İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi BMT Təhlükəsizlik Şurasından sionist İsrail rejiminin cilovlanması üçün bu rejimin Nüvə Silahlarının Yayılmamasına Dair Sazişə üzv olması, onun nüvə obyektlərinə baxış keçirilməsi və İsrail başçılarının mühakimə olunmasına dair üç yolu seçməyi istəyib.

İRNA-nın məlumatına əsasən, İranın BMT-dəki səfiri İshaq Ali Həbib Fələstinin müstəqilliyi məsələsinin araşdırılmasına aid Təhlükəsizlik Şurasının bugünkü toplantısında deyib: Bu müharibəpərəst rejimin başçılarına Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə öz nüvə obyektlərinə baxış keçirmək icazəsi vermək üçün təzyiq göstərmək lazımdır.

Fələstin torpaqlarının işğal olunması məsələsini dünyanın hazırkı ən böyük problemlərindən sayan Ali Həbib söyləyib: Bu işğalçılıq bugünkü tarixdə ən dərdli və ən böyük insan tragediyasıdır.

İranın BMT-dəki nümayəndəsinin müavini qeyd edib ki, 6 on ildən çoxdur ki, sionistlər Fələstin xalqını kütləvi qırğın etmək, oğurlamaq və həbs etmək cinayətlərini törədir, onların mənzillərini dağıdır, qonşu ölkələrə hücum edir və insan haqlarını pozulmasına dair digər məsələləri yaradırlar.

Ali Həbib habelə sionist rejimi dəstəkləyən ölkələrə üzünü tutaraq deyib: Siz vəhşi xasiyyətli İsrail rejimini dəstəkləməklə bir tərəfdən özünüzün xəcalətli olmağınıza səbəb olursunuz, digər tərəfdən isə qeyri-qanuni şəkildə şəhərciklərin salınmasının davam etməsinə imkan yaradırsınız.

İranın BMT-dəki nümayəndəsinin müavini söyləyib: Sionist rejimin utanc tarixi insanların qırğını, terror, mülki vətəndaşlar və beynəlxalq sularda humanitar karvanlara hücum və Livan və Fələstində müharibə cinayətləri kimi saysız cinayətlərlə doludur. Şübhəsiz bu rejimi dəstəkləmək işğalçılığı, kütləvi qırğını, terroru və insan haqlarını pozulmasını dəstəkləməkdir.

Şərh yaz


Məxfi kod
Yenilə