Cümə, 14 Yanvar 2022 18:59

«Xudahafiz, olimpiada!» İrlandiya film festivalında ən yaxşı film olub

«Xudahafiz, olimpiada!» İrlandiya film festivalında ən yaxşı film olub

İranda çəkilmiş qısametrajlı «Xudahafiz, olimpiada!» filmi İrlandiyada keçirilən 5-ci Sandbar beynəlxalq film festivalında ən yaxşı film üzrə Silver mükafatını alıb. Filmin rejissoru Muctəba Pourbəxşdir.

 Şimali İrlandiyada keçirilən Sandbar beynəlxalq film festivalı müstəqil beynəlxalq filmlər üçün nəzərdə tutulub.

Bu festival, öz əsərlərində ciddilik və yaradıcılığı təsvirə çəkən kinematoqrafların filmlərini seçmək ardıncadır.

Qısametrajlı «Xudahafiz, olimpiada!» filmi indiyədək çox sayda beynəlxalq festivalda, o sıradan ABŞ, Kanada, İtaliya, Çin, Portuqaliya və Macarıstanda keçirilən festivallarda iştirak edib və müxtəlif adlar qazanıbdır.

Film, olimpiya oyunları yolunda xeyli sayda problemlə üzləşən qayıqsürən qızın əhvalatına həsr olunub.

Şərh yaz


Məxfi kod
Yenilə