Cümə, 03 Dekabr 2021 12:41

Sanksiyaların ləğvi mərhələli olmayacaq

Sanksiyaların ləğvi mərhələli olmayacaq

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini bildirib ki, çərşənbə günü gecə nüvə anlaşmasındakı qarşı tərəflərin ixtiyarına qoyulan iki sənəddən əlavə, hələ təqdim edilməmiş üçüncü sənəd də var.

 Əli Baqiri dünən Yaponiyanın Kiodo informasiya agentliyilə müsahibədə «İran tərəfindən qarşı tərəflərə təqdim olunan iki sənədə əsasən, görən, sanksiyaların ləğvi məsələsi etaplarla olacaq, yoxsa birgə şəkildə?» sualına cavabda bildirib ki, sanksiyaların ləğvi etaplarla olmayacaq.

Baqiri həmçinin sanksiyaların götürülməsinin yoxlanması müddəti barədə qeyd edib ki, İran üç sənəd hazırlayıb və hələ üçüncü sənəd qarşı tərəfə təqdim edilməyib.

Baqirinin bildirdiyinə görə, İran nüvə anlaşmasındakı qarşı tərəflərə təqdim edəcəyi üçüncü sənəddə sanksiyaların götürülməsinin yoxlanması müddəti barədə nəzər-nöqtələr və təkliflər bəyan edilir.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini çərşənbə günü gecə qarşı tərəfə təqdim olunmuş iki sənədin əks əlaqəsi barədə isə bildiribdir ki, iki tərəf hələ danışıqlar aparmaqdadır.

Vyanadakı iranlı heyət çərşənbə günü gecə «Qəddarcasına sanksiyaların ləğvi» və «nüvə məsələləri» kimi iki mövzu formasında təklif etdiyi mətnləri qarşı tərəfə təqdim etdi.

Baqiri verdiyi müsahibədə bu iki sənədin İran tərəfindən qarşı tərəfə təqdim olunmasını İran İslam Respublikasının ciddiliyinin nişanəsi adlandırıb və belə deyib: Danışıqları davam etdirmək üçün Vyanadayıq.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri bundan qabaq tvitter-də vurğulamışdı ki, İran zalımcasına və qanunsuz sanksiyaları tam və təsirli şəkildə ləğv edəcək, İranla ticari və iqitsadi əlaqələrin adiləşdirilməsinə zəmanət verəcək və bundan artıq sədaqətsizliyin olmaması üçün mötəbər zəmanətlər təşkil edəcək müzakirələr aparmaq əzmindədir.

SANKSİYALARIN LƏĞVİ ETAPLARLA DEYİL

Şərh yaz


Məxfi kod
Yenilə