Bazar, 21 Noyabr 2021 20:33

İran-AR qaz həmkarlıqları genişlənir +VİDEO

İran-AR qaz həmkarlıqları genişlənir +VİDEO

İranın neft naziri İran ilə Azərbaycan Respublikası arasında qaz sektorunda qənaətbəxş razılaşmalardan xəbər verib.

 

 Cavad Oci Azərbaycan Respublikasının baş nazir müavini Şahin Mustafayevlə görüşdən sonra belə deyib: Azərbaycan Respublikası enerji sahəsində yaxşı imkanlara malikdir və bu gün qaz sektorunda Azərbaycan Respublikası ilə qənaətbəxş razılaşmalar əldə olundu.

O, sonra deyib: Qonşu ölkələrdən Azərbaycan Respublikasına qaz suapı Türkmənistan suapı kimi həyata keçirilib.

Neft naziri əlavə edib: Xəzər dənizində neft yataqlarının genişləndirilməsi barədə söhbətlər edildi. Ümid edirik ki, bugünkü ekspert iclası qarşıdakı həftələrdə müqavilənin imzalanması ilə nəticələnəcək.

Oci həmçinin yaxın gələcəkdə İran ilə Azərbaycan Respublikası arasında yeni sənədlərin imzalanacağından xəbər verib.

Azərbaycan Respublikasının baş nazir müavini də bu görüşdən sonra belə deyib: Azərbaycan Respublikası və İran dost və qonşu ölkələrdir və iki ölkənin xalqları arasında tarixi peyvənd mövcuddur.

Şahin Mustafayev əlavə edib: Azərbaycan Respublikası ilə İran arasında bütün sahələrdə, xüsusən enerji sahəsində uğurlu həmkarlıq mövcuddur.

O, sonra deyib: Azərbaycan Respublikası və İran bir sıra layihələr barədə razılığa gəliblər və inanıram ki, yaxın gələcəkdə müzakirələrimizin nəticəsində yeni sənədlər imzalanacaq.

Media

Şərh yaz


Məxfi kod
Yenilə