Çərşənbə, 27 Oktyabr 2021 22:22

77-ci eskadra missiyasını uğurla başa vurub, vətənə döndü

77-ci eskadra missiyasını uğurla başa vurub, vətənə döndü

İran İslam Respublikası Ordusunun strateji dəniz qoşunlarının 77-ci kəşfiyyat-əməliyyat eskadrasının "Qırmızı dəniz" və "Ədən körfəzi"ndə 77 gün davam edən beynəlxalq tapşırığı yerinə yetirdikdən və 10,5 min dəniz mili məsafə qət etdikdən sonra bu gün Bəndər-Abbas limanına daxil olub.

 "İRNA"nın məlumatına görə, İran İslam Respublikası Ordusunun Dəniz Qoşunlarının komandanı Kontr-admiral Şəhram İrani bu eskadranı qarşılama mərasimi çərçivəsində deyib: "Bu gün ilk növbədə İran Silahlı Qüvvələrinin Ali Baş Komandanının tapşırıqlarını yerinə yetirmək Ordunun dəniz qoşunları üçün şərəfdir".

İrani əlavə edib: "Təhdidlər və sanksiyalarlarla üz-üzə dayanan Ordunun strateji qüvvələrinin dənizlərin dərinliklərindəki hər bir hərəkəti, düşmənin İslami vətəninin hüdudlarından uzaqlaşmasına səbəb olur və əgər düşmənlər tam rüsvayçılıqla bölgəni tərk edirlərsə, bu, çox güclü və düşməni tanıyan bir komandanlıqdan mənşə alır".

Şərh yaz


Məxfi kod
Yenilə