Çərşənbə axşamı, 28 Sentyabr 2021 19:52

Azərbaycan prezidentinin İran barədə suallarına cavab gəldi +VİDEO

Azərbaycan prezidentinin İran barədə suallarına cavab gəldi +VİDEO

İran Xarici İşlər Nazirliyinin sözçüsü müxbirlərin Azərbaycan Respublikası prezidenti tərəfindən media mühitində bəyan edilmiş mətləblər barədəki suallarının cavabında belə deyib: İki ölkə arasında yaxşı və möhtərəmcəsinə əlaqələrin və iki tərəf arasındakı adi əlaqə yollarının ən yüksək səviyyədə mövcud olduğu bir halda, onun bu tərzdə bəyan edilməsi təəccüb doğurur.

 İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra belə söyləyib: Bu sahədə və onunla bağlı olan digər mövzular Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasının son iclasının kənarında iki xarici işlər nazirinin görüşündə ciddi və dəqiq məşvərətlər keçirildi və razılaşdırıldı ki, münasib bir zəmində bu danışıqlar davam etdirilsin.

Xətibzadə sonra belə qeyd edib: İran İslam Respublikası daima hər hansı ərazi işğalı ilə öz müxaliifətini elan edib və ölkələrin ərazi bütövlüyünə və tanınmış beynəlxalq sərhədlərə hörmət vacibliyini vurğulayıbdır. Eyni zamanda qonşuluq və dinc yanaşı yaşama prinsipinə riayət mühüm mövzulardandır və bütün qonşular tərəfindən diqqət mərkəzinə alınacağı gözlənilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin İran tərəfindən şimal-qərb sərhəd bölgələrində keçirilən hərbi təlimlər barədə belə vurğulayıb: Bu, bir hakimiyyət mövzusudur və bütün bölgənin sabitliyi və asayişi üçün həyata keçirilir. Əlbəttə, aydındır ki, İran İslam Respublikası zahiri də olmuş olsa belə, sionist rejimin öz sərhədləri yaxınlığındakı iştirakına dözməyəcək və bununla bağlı, öz milli təhlükəsizliyi üçün lazım biləcəyi hər hansı tədbiri görəcəkdir.

 

Media

Şərh yaz


Məxfi kod
Yenilə