Cümə, 20 Avqust 2021 14:39

İnqilab Rəhbərinin hüzurunda Şami-Qəriban mərasimi

İnqilab Rəhbərinin hüzurunda Şami-Qəriban mərasimi

Şəhidlər ağası və sərkərdəsi Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın və o həzrətin vəfalı səhabələrinin Şami-Qəriban əzadarlıq mərasimi İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində keçirilib.

 bu mərasimdə höccətülislam vəlmüslimin Ali bəlalar və çətinliklərin mövcudluğunu insanın inkişafı və kamalının zərurəti adlandırıb və belə söyləyib: Bəlalar dünya aləmindən yığışdırıla bilməz, amma mömin insan onların qarşısında özünü itirməyib, pərişan olmur, əksinə, bəla və təhdiddən nemət və fürsət yaradır.

Cənab Ali deyib ki, Həzrət Seyyiduşşühəda(ə) özünün kamil bəndəliyi ilə problemlərin mərkəzində aləmin ən böyük bəlasını ən böyük fürsətə çevirdi.

O, bildirib ki, dinin qorunması və vilayətin ətrafında möminlərin qüdrəti və toplantısı qiyamətədək Hüseyn hərəkatı və bayrağının altındadır.

Həmçinin bu mərasimdə cənab Mehdi Səmavati rozəxanlıq edərək, mübarək təvəssül duasını oxuyub. Cənab Mahmud Kərimi isə şəhidlər ağası və sərkərdəsinin vəsfində mərsiyə oxuyubdur.

Şərh yaz


Məxfi kod
Yenilə