Cümə axşamı, 08 Aprel 2021 11:52

Zərif: D-8 ölkələriylə əməkdaşlığına hazırıq

    Zərif: D-8 ölkələriylə əməkdaşlığına hazırıq

İran Xarici işlər Naziri Məhəmməd Cavad Zərif bu gün təşkil edilən 19. D-8 Xarici işlər Nazirləri Yığıncağında çıxış edərək, Tahranın müxtəlif sahələrdə D-8 ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu qeyd etdi. D-8 Liderlər Zirvəsi sabah virtual şəkildə təşkil ediləcək.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif, ticarətin asanlaşdırılması və artırılması, turizmin inkişaf etdirilməsi, gənclər daxil bəşəri və texnoloji potensialdan faydalanılmasının D-8in prioritetlərindən olduğunu qeyd edərək, İranın bu sahədə ciddi şəkildə əməkdaşlığıa hazır olduğunu vurğuladı..

Nursultanın ev sahibliyi ilə təşkil edilən çevrim içi yığıncaqda danışan Zərif, koronavirus böhranının D-8 ölkələrinin iqtisadiyyatı üzərindəki dağıdıcı təsirlərinə işarə ilə, bir sağlamlıq probleminin iqtisadi, insani, elmi böhranı və beynəlxalq ictimaiyyətdə ədalətsizliyin artması kimi problemlərə çevrildiyini Korona epidemiyasında göründüyünü xatırladaraq, bundan dərs alınmasının lazım olduğunun vurğuladı.

D-8 Xarici işlər Nazirləri Yığıncağı, Banqladeşin başçılığında, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyənin xarici işlər nazirlərinin iştirakıyla təşkil edildi.

Sabah D-8 Zirvəsi, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin iştirakıyla təşkil ediləcək

Şərh yaz


Məxfi kod
Yenilə