Çərşənbə, 07 Aprel 2021 19:00

İranlı aktrisa Yeni Dehli Film Festivalında mükafata layiq görülüb

İranlı aktrisa Yeni Dehli Film Festivalında mükafata layiq görülüb

İranlı aktrisa Linda Kiyani Yeni Dehli Beynəlxalq Film Festivalında ən yaxşı köməkçi aktrisa mükafatına layiq görülüb.

 Linda Kiyani bu mükafatı, Sadiq Sadiq Dəqiqinin çəkdiyi "Ölü yiyən" filmindəki Ətiyyə roluna görə, qazanıb. 

Kiyanı bundan əvvəl Yas Film Festivalında "Kölgə" və "İki Gecə Üç Gün" filmləri üçün ən yaxşı aktrisa mükafatını qazanıb, həmçinin  ABŞ-ın San Fransisko şəhərində keçirilən 12-ci  İran Filmləri  Festivalında qısametrajlı "Sürücülük Sınıfı" filmi üçün də ən yaxşı aktrisa mükafatına layiq görülüb.

Yeni Dehli Beynəlxalq Film Festivalı cari ildə martın 21-dən 28-dək Hindistanın paytaxtında keçirilib.  

Şərh yaz


Məxfi kod
Yenilə