Çərşənbə, 07 Aprel 2021 17:29

Xətibzadə: "Saviz gəmisi partlayış nəticəsində cüzi xəsarət alıb"

    Xətibzadə: "Saviz gəmisi partlayış nəticəsində cüzi xəsarət alıb"

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, Saviz ticarət gəmisinin dünən (6 aprel) səhər Qırmızı dənizdə baş verən partlayış nəticəsində bir qədər zədələndiyini, lakin itki olmadığını bildirib.

 İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "Dünən aprelin 6-da Qırmızı dəniz və Cibuti sahilləri yaxınlığında İranın Saviz adlı ticarət gəmisində partlayış baş verib ki, onun nəticəsində gəmiyə cüzi miqdarda ziyan dəyib, hazırda isə partlayışın mənşəyi və necə baş verdiyi araşdırılır".

Səid Xətibzadə deyib: "Beynəlxalq Dəniz Təşkilatına əvvəlcədən verilən rəsmi məlumata və edilən koordinasiyalara əsasən, Saviz mülki gəmisi, dəniz nəqliyyatı marşurutlarında  təhlükəsizliyi təmin etmək və dəniz quldurluğuna qarşı mübarizə məqsədi ilə Qırmızı dənizdə və Ədən körfəzində yerləşimişdi".

"Bu gəmi praktiki olaraq, Qırmızı dənizdə İranın logistika stansiyası kimi fəaliyyət göstərirdi və bu səbəbdən bu gəminin xüsusiyyətləri və vəzifəsi əvvəllcədən rəsmi şəkildə bu quruma bildirilmişdi".

Xətibzadə əlavə edib: "Xoşbəxtlikdən, hadisə nəticəsində insan tələfatı olmayıb və hadisənin necə baş verdiyi və mənşəyi ilə bağlı texniki araşdırmalar davam edir və ölkəmiz bununla bağlı beynəlxalq qurumlar vasitəsilə bütün lazımi tədbirləri görəcək".

Şərh yaz


Məxfi kod
Yenilə