Çərşənbə, 07 Aprel 2021 16:52

Ruhani: Bu gün “ƏMTP”-nın canlanmasının yeni dövrünə şahid oluruq

    Ruhani: Bu gün “ƏMTP”-nın canlanmasının yeni dövrünə şahid oluruq

İran İslam Respublika prezidenti Həsən Ruhani, bu gün əhatəli müştərək təşəbbüs proaqramının (ƏTMP) canlanmasının yeni dövrünə şahid olduqları və bu anlaşmada tərəf olan ölkələrin Vyanada bir araya gəldiklərinə diqqət çəkərək, bu gün tək bir səsin eşidildiyini və bu səsin hər kəsin heç bir həll yolunun nüvə anlaşmasından yaxşı olmadığı nəticəsinə çatması olduğu, bunun isə İran üçün böyük bir müvəffəqiyyət sayıldığını vurğuladı.

İran İslam Respublikası prezidenti deyib: "Bu gün vahid bir səs eşidilir və o da budur ki, nüvə anlaşması ətrafında olan hər kəs nüvə anlaşmasından daha yaxşı bir həllin olmadığı və onun tam həyata keçirilməsindən başqa bir yolun olmadığı qənaətinə gəlib və bu İran üçün böyük bir uğurdur".

Həsən Ruhani Nazirlər Kabinetinin bu günkü iclasında əlavə edib: "Düşmənlərin maksimum təzyiq siyasəti məğlub olub".

İran prezidenti nu nailiyyətin xalqın müqaviməti və dözümlülüyü və İslam İnqilabının Böyük Rəhbərinin yol göstərmələri sayəsində əldə edildiyini vurğulayıb. 

İranın nüvə fəaliyyətlərinin sülhməramlı olmasının bütün dünyanın qulağına çatdığını bəyan edən Ruhani əlavə edib: "Biz sülhməramlı olmayan fəaliyyətlərin ardınca deyilik və bu məsələ ki deyirik, hazırda əlavə protokolu tətbiq etmirik və yeni və müasir sentrifuqalar quraşdırırıq, bunların hamısı müvəqqətidir. Əgər onlar bütün öhdəliklərinə geri qayıdarlarsa, bizdə bütün öhdəliklərimizə qayıdacağıq".

İran prezidenti, həmçinin 20 fərvərdin milli nüvə texnologiyası gününün gəlib çatmasına işarə edərək, deyib: "Bizim fərvərdinin 21-də açılış mərasimlərimiz olacaq və insanlara keçən ildən bəri hansı əhəmiyyətli addımların atıldığı barədə məlumat veriləcək və onlarla mühüm layihənin açılışının şahidi olacaqlar".

Şərh yaz


Məxfi kod
Yenilə