Çərşənbə, 07 Aprel 2021 12:00

İran ilə Tacikistan müdafiə nazirləri görüşdü

    İran ilə Tacikistan müdafiə nazirləri görüşdü

Tehranda səfərdə olan Tacikistan Müdafiə Naziri General-leytenant Şirəli Mirzə, İranlı həmkarı general Əmir Hatəmi ilə görüşüb.

İranın  Müdafiə və silahlı qüvvələrə dəstək  Naziri görüşdə iki ölkənin ortaqlıqlarına işarə ilə İran ilə Tacikistanın əlaqələrini inkişaf etdirmək üçün böyük potensial və imkanlara sahib olduğunu ifadə etdi.

Yaz kimi gözəl mövsimin başladığı kimi İranın dost və qardaş ölkə Tackistan ilə ikili əlaqələrdə yeni fəslin başlamasını arzu edən İran müdafiə naziri Əmir Hatəmi, İrana qarşı  beynəlxalq  silah embarqosunun sona çatdığına görə, Tehranın müdafiə məhsullarının ixracatında heç bir problemi olmadığını qeyd etdi.

Bölgədə terrorizm və radikalizmlə mübarizənin kritik bir mövzu olduğuna diqqət çəkən Müdafiə Naziri, terrorizm və radikalizmlə mübarizənin kompensasiya edilə bilməz bədəllərindən birinin General-leytenant Qasim Süleymanının şəhid edilməsi nidirdi.

Görüşdə Tacikistan Müdafiə Naziri də, ölkəsinin iradəsinin İslami İran ilə siyasət, müdafiə, hərbi sahələr də daxil hər sahədə əməkdaşlığı inkişaf etdirmək istiqamətində olduğunu, iki ölkənin əməkdaşlığın bölgə təhlükəsizliyi və sabitliyi üçün olduqca əhəmiyyət kəsb etdiyini vurğuladı.

Şərh yaz


Məxfi kod
Yenilə