Bazar, 27 Sentyabr 2020 15:03

ABŞ-ın terrorizmlə mübarizə qəhrəmanlarına hücumu İraq hakimiyyətinə hörmətsizlikdir

    ABŞ-ın terrorizmlə mübarizə qəhrəmanlarına hücumu İraq hakimiyyətinə hörmətsizlikdir

İran İslam Şurası Məclisinin sədri Amerikanın terrorizmlə mübarizə qəhrəmanları kimi general Soleymaniyə və Əbu Məhdi Əlmuhəndisə qarşı hücumunu İraqın hakimiyyətinə hörmətsizlik və bu ölkənin istiqlaliyyətinin pozulması adlandırıb.

 Mohəmmədbaqer Qalibaf dünən axşamçağı Tehranda İraqın xarici işlər naziri Fuad Husəynlə görüşdə bildirib ki, İran daima mühüm qonşu və islami bir ölkə kimi İraqın ərazi bütövlüyü, suverenliyi, birliyi və təhlükəsizliyini himayə edir.

İraqda və bölgədə sülh və təhlükəsizliyin təsbit olunmasının İran İslam Respublikasının ən mühüm qayğısı olduğunu bildirən Qalibaf İraqda mövcud olan problemlərin yeganə həll yolunu Amerikanın həmin ölkədən çıxması adlandırıb.

İran İslam Şurası Məclisinin sədri həmçinin əmirliklər ilə Bəhreynin sionist rejimlə münasibətlərinin adiləşdirilməsinə işarə ilə bildirib ki, İslam Dünyası bu məsələ qarşısında susmamalıdır, zira Fələstin məsələsi İslam Ümmətinin ilk prioritetidir.

İraqın xarici işlər naziri Fuad Husəyn də İran və İraqın ortaq siyasi-iqtisadi maraqlarına toxunub. Bildirib ki, ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi zəruridir.

Fuad Hussəyn həmçinin bəzi regional və beynəlxalq olayları açıqlayaraq, ümidvarlıq edibdir ki, İran keçmişdə olduğu kimi İraqa dəstək verəcəkdir.

Amerikanın İraqdan çıxması üzrə zaman cədvəlinə işarə edən İraqın xarici işlər naziri bu ölkənin xalqı, məclisi və hökumətinin İraqın ərazi bütövlüyü və istiqlaliyyətinin qorunmasına sadiq qaldıqlarını vurğulayıb.

Şərh yaz


Məxfi kod
Yenilə