Çərşənbə, 16 Sentyabr 2020 18:58

İran təmsilçisi: İngiltərədə başqalarına məsləhət vermək üçün etika mövqeyi yoxdur.

İran təmsilçisi: İngiltərədə başqalarına məsləhət vermək üçün etika mövqeyi yoxdur.

İranın Cenevrədəki nümayəndəliyinin təmsilçisi Məhəmməd Ahəni Amineh deib: İngiltərə başqalarına insan haqlarına hörmət etməyi tövsiyə etmək iqtidarında deyil, Xüsusilə 1953 çevrilişini hələ unutmayan İranlılar üçün.

 İranın Cenevrədəki nümayəndə heyətinin müşaviri Məhəmməd Ahəni Amineh, İnsan Haqları Şurasının iclasında İranı insan haqlarına və söz azadlığına hörmət etməyə çağıran İngiltərə təmsilçisinin söylədiklərinə cavab olaraq, həmin ölkənin bəzi qeyri-insani hərəkətlərini sadalayarkən, deyib: İngiltərədə başqalarına insan haqlarına hörmət etmələrini tövsiyə etmək üçün mənəvi əsaslar yoxdur.
Ölkəmizin nümayəndəsi Britaniyanı ölkəsindəki kobud insan haqları pozuntularını aradan qaldırmağa çağırıb və İngiltərə hökumətinin Yəmən və Fələstində günahsız insanların öldürülməsinə səbəb olan bölgədəki cinayətkar tərəflərə ölümcül silah göndərməsi, dünyanın ən böyük insan haqları pozucusu olan Sionist rejimə tam dəstək vermək və diktatorlara dəstək olmaq kimi bəzi hərəkətlərindən bəhs edib; həmin hərəkətlərin ingiltərənin insan haqları ilə bağlı qara qeydlərinin yalnız bir hissəsi olduğunu bildirib.
Sonda Ahəni Amineh əlavə edib: İngiltərə başqalarına insan haqlarına hörmət etməyi tövsiyə etmək iqtidarında deyil, Xüsusilə 1953 çevrilişini hələ unutmayan İranlılar üçün.
İnsan Haqları Şurasının qırx beşinci iclası Bazar ertəsi günü Cenevrədə başladı və dörd həftə davam edəcək.

Şərh yaz


Məxfi kod
Yenilə