Çərşənbə axşamı, 15 Sentyabr 2020 12:11

Xətibzadə: “Amerikalı militaristlər sadəlövh jurnalistlərdən vir alət kimi istifadə edirlər”

Xətibzadə: “Amerikalı militaristlər sadəlövh jurnalistlərdən vir alət kimi istifadə edirlər”

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb: " ABŞ militarıstləri həmişə sadəlövh jurnalistlərdən ictimai fikri öz axmaqlıqları ilə uyğynlaşdırmaq üçün bir vasitə kimi istifadə ediblər".

 İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə öz Tvitter səhifəsində yazıb: "ABŞ-ın keçmiş prezidenti Corc Buş zamanı amerikalı militaristlər sadəlövh jurnalistlərdən 7 trilyon dollarlıq İraq müharibəsini xalqa satmaq üçün istifadə etdilər və indi də həmin ssenarini təkrarlamaq istəyirlər və "Politiko" vebsaytından öz yalanlarını yaymaq üçün istifadə edirlər".

Xətibzadə xatırladıb: "ABŞ mediaları siyasətçilər tərəfindən sui-istifadəyə məruz qalmamaq üçün ayıq olmalıdırlar".

Politiko vebsaytı ABŞ-ın kəşfiyyat məlumatına və bu ölkə hökumətinə yaxın rəsmilərə istinadla İranın, ABŞ-ın Cənubi Afrikadakı səfirini terror etmək niyyətində olduğunu iddia edib.

Bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü bu qərəzli və məqsədyönlü iddiaları rədd edib və ABŞ rəsmilərinə beynəlxalq arenada anti-İran atmosferi yaratmaq üçün təkrarlanan və çürük metodlardan istifadə etməməyi tövsiyə edib.

Şərh yaz


Məxfi kod
Yenilə