Çərşənbə axşamı, 15 Sentyabr 2020 10:09

ABŞ-ın qeyri-insani sanksiyaları ilə qarşılaşmaq vacibdir

ABŞ-ın qeyri-insani sanksiyaları ilə qarşılaşmaq vacibdir

İranın Cenevrədəki səfiri BMT İnsan Haqları Şurasının iclasında deyib, ABŞ-ın birtərəfli sanksiyaları milyonlarla insanın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb.

 İranın BMT İnsan Haqları Şurasındakı səfiri, ABŞ-ın birtərəfli sanksiyalarının milyonlarla insanın hüquqlarını kobud şəkildə pozduğunu vurğulayıb. 
İran İslam Respublikasının Cenevrədəki Səfiri və Daimi Nümayəndəsi, Bazar ertəsi günü Cenevrədə başlayan BMT İnsan Haqları Şurasının qırx beşinci iclasının ilk günündə, ABŞ-ın birtərəfli və qanunsuz sanksiyalarının hədəf ölkələrdə milyonlarla insanın haqlarının kobud pozuntularına zəmin yaratdığını bildirib,  İnsan Hüquqları Şurasını ABŞ rejimini məsuliyyətə cəlb etmək üçün öz qanuni və mənəvi məsuliyyətini yerinə yetirməyə çağırıb.
Ölkəmizin Cenevrədəki səfiri İsmail Bəğaei Hamaneh, Korona virusunun baş qaldırmasının bəşəriyyətin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün çoxtərəfli, əməkdaşlıq və beynəlxalq birliyin vacibliyini bir daha vurğulayaraq, Beynəlxalq ictimaiyyətin təkrarlanan qanunsuz sanksiyalara son qoyma çağırışlarına məhəl qoymamağın, koronavirusla mübarizə üzrə beynəlxalq səylərdə böyük mənfi təsirləri olduğunu da əlavə edib.
Hamaneh ABŞ hökumətinin qeyri-insani sanksiyalarını ABŞ hökuməti tərəfindən insan haqlarının kobud və sistematik şəkildə pozulması adlandırıb və bununla mübarizə üçün hərtərəfli qlobal fəaliyyətə ehtiyac olduğunu qeyd edib.
BMT İnsan Haqları Şurasının iclası bazar ertəsi günü Cenevrədə BMT-nin qərargahında işə başlayıb və 4 həftə davam edəcək.
Toplantının ilk günündə Avropa Birliyi, Belarusda prezident seçkilərindən sonra insan haqlarının vəziyyəti ilə bağlı təcili xüsusi iclasa çağırıb, hansı ki, bəzi üzv dövlətlərin etirazına baxmayaraq həmin istək təsdiqlənib.

Şərh yaz


Məxfi kod
Yenilə