Çərşənbə axşamı, 30 June 2020 09:31

Amerika qanuna tabe olan ölkələri cəzalandıran ilk ölkədir

Amerika qanuna tabe olan ölkələri cəzalandıran ilk ölkədir

İranın xarici işlər naziri dünən gecə tvitter-də/ özü nüvə anlaşmasını pozan, başqalarını da zorla belə bir addım atmağa vadar edən Amerikanın zorakılıqlarını tənqid edib.

 Tvitter-də Amerikanın nüvə anlaşması məsələsindəki zorakılıqlarına toxunan Məhəmməd Cavad Zərif yazıb: Amerikanın özü nüvə anlaşmasını pozmaqdan əlavə, başqalarını da zorla belə bir addım atmağa məcbur edir.

Zərif sonra bildirib: Amerika BMT tarixində/ Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmadıqlarına görə, qanuna tabe olan ölkələri cəzalandıran ilk ölkəyə çevrilmək biabırçılığına malikdir.

ABŞ prezidenti Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun nüvə anlaşması altındakı öhdəliklərini birtərəfli surətdə pozaraq, ölkəsini bu beynəlxalq anlaşmadan çıxardı və nüvə sanksiyalarının geri döndüyünü bildirdi.

Tramp hökuməti bu qanunsuz hərəkətdən sonra indiyədək dəfələrlə nüvə anlaşmasını qorumağa çalışdığına və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə sadiq qaldığına görə, dünya ictimaiyyətini hədələyibdir.

Trampın bu hərəkətləri daxildə və dünya səviyyəsində geniş surətdə pislənibdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son zamanlar vurğulayıbdır ki, Moskva daima Amerikanın aqressiv hücumları qarşısında nüvə anlaşmasının qorunması vaciblyinə təkid edibdir. O, deyib: Nüvə anlaşmasının qorunması və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin tam şəkildə icrasına zəmanət, yalnız kollektiv səy nəticəsində mümkündür.

Şərh yaz


Məxfi kod
Yenilə