Bazar ertəsi, 29 June 2020 09:48

"İran dünyada narkotik maddələrlə mübarizənin bayraqdarıdır"

"İran dünyada narkotik maddələrlə mübarizənin bayraqdarıdır"

İranın Vyanadakı beynəlxalq təşkilatlarda səfiri və daimi nümayəndəsi Kazim Qəribabadi BMT-nin Narkotiklər və Cinayətlər üzrə idarəsinin hesabatına işarə edərək, deyib: "İran dünyada narkotik maddələrlə mübarizənin bayraqdarıdır".

 Kazim Qəribabadi iyunun 28-də jurnalistlərə açıqlamasında vurğulayıb: "BMT-nin Narkotiklər  və Cinayətlər üzrə İdarəsinin bu yaxınlarda nəşr edilən 2018-ci ildə narkotik maddələrləin aşkarlanması ilə bağlı hesabatına əsasən, bütün dünyada aşkarlanan 704 ton Tiryəkin 644 tonu, 97 ton Heroinin 25 tonu və 43 ton Morfindən 21 tonu İran tərəfindən aşkar edilib.

"İran ümumilikdə 844 ton Tiryək, Heroin və Morfindən 690 tonunu yəni təxminən 82 faizini aşkarlayaraq, dünyada narkotiklərin aşkarlanması üzrə liderdir", -deyə K.Qəribabadi əlavə edib.

Bu hesabata əsasən, Əfqanıstan və Pakistan müvafiq olaraq, 50 və 29 ton narkotik maddələr aşkarlayaraq, İrandan böyük fərqlə növbəti yerlərdə qərarlaşıblar.

BMT-nin hesabatına görə, İran 2018-ci ildə təxminən 100 ton həşiş aşkarlayıb.

İranın Vyanadakı beynəlxalq təşkilatlarda səfiri və daimi nümayəndəsi iyunun 26-da beynəlxalq Narkotiklər və onların sui-istifadəsi ilə mübarizə günü münasibətilə keçirilən Narkotiklər üzrə Komissiyanın xüsusi iclasında vurğulayıb: "İranın narkotiklərlə mübarizə sahəsində nailiyyətləri ABŞ-ın birtərəfli və qanunsuz sanksiyaları şəraitində və beynəlxalq ictimaiyyətin dəstəyi olmadan əldə edilib".

K.Qəribabadi xatırladıb: "BMT-yə üzv ölkələr, Narkotiklər və Cinayətlərlə Mübarizə İdarəsi və digər beynəlxalq orqanlardan qlobal narkotik problemi ilə mübarizə və onun həllində İranın səmərəli və hərtərəfli milli hərəkatına diqqətin yetirilməsi və onun qiymətləndirilməsi tələb olunur.

Şərh yaz


Məxfi kod
Yenilə