Bazar, 28 June 2020 21:46

İranda koronavirusa yoluxanlardan 183 min nəfər sağalıb

    İranda koronavirusa yoluxanlardan 183 min nəfər sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi koronavirusa iki min yeni yoluxma faktının qeydə alındığını və bu virusa yoluxanlardan 183 mindən çoxunun sağaldığını elan edib.

Sima Sadat Lari İranda koronavirusla bağlı iyunun 28-ə olan statistikanı açıqlayıb. Onun sözlərinə görə, son 24 saat ərzində və qəti diaqnostika meyarlarına əsasən, daha iki min 489 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, onlardan 1406 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.

İranda koronavirusa yoluxanların ümumi sayının 222 min 669 nəfərə çatdığını bildirən Lari əlavə edib: "Son sutkada COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin 144 nəfəri hayatını ititrib və beləliklə İranda bu xəstəlikdən ölənlərin ümumi sayı 10 min 508 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin Mətbuat katibinin sözlərinə görə, indiyə kimi, koronavirusdan 183 min 301 nəfər sağalaraq, evə buraxılıb. 

 

Şərh yaz


Məxfi kod
Yenilə