Cümə axşamı, 21 May 2020 20:25

Amerika İran xalqını dizə çökdürə bilməz

    Amerika İran xalqını dizə çökdürə bilməz

İran İslam Respublikasının prezidenti deyib ki, Amerikanın sərt və misli görünməmiş təzyiqləri İranın müqavimətli xalqını dizə çökdürə bilməz.

 İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Sistan və Bəluçestan vilayətində milli layihələrin istifadəyə verilməsi, həmçinin Cənubi Pars yatağının 11-ci blokunun genişləndirilməsi və platformasının quraşdırılması əməliyyatının başlanması mərasimində sonra belə deyib: Həm amerikan virus, həm də koronavirusun hər ikisi təsirsiz deyildir, amma bu viruslar İran xalqını inkişaf və tərəqqi yolundan dayandıra bilməzlər.

İran İslam Respublikasının prezidenti söyləyib: İran xalqı başıucadır və daha da başıuca olacaq və hazırkı problemləri arxada qoyacaqdır. Qeyd edək ki, bu mərasim video-konfrans formasında keçirilibdir.

Şərh yaz


Məxfi kod
Yenilə