Cümə axşamı, 21 May 2020 20:12

İranda 100 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

    İranda 100 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin sədri indiyə qədər koronavirusa yoluxanlardan 100 min 564 nəfərin sağalaraq, evə buraxıldığını elan edib.

İranda Son sutkada 2 min 392 koronavirusa yeni yoluxma halı qeydə alınıb . Bunu cümə axşamı günü jurnalistlərə açıqlamasında Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, yeni yoluxanlardan 351 nəfəri xəstəxanaya yerləşdirilib və bunlarla yaxın təmasda olan 2 min 41 xəstə isə ambulator müalicə alaraq, evə buraxılıb.

K.Cahanpur İranda indiyə kimi qəti diaqnostika meyarlarına əsasən, 129 min 341 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu vurğulayıb.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi həmçinin, son 24 saat ərzində 66 xəstənin koronavirusdan vəfat etdiyinə işarə edərək, İranda koronavirus qurbanlarının sayının 7 min 294 nəfərə çatdığını qeyd edib.

Şərh yaz


Məxfi kod
Yenilə