Çərşənbə, 20 May 2020 21:36

Ruhani: Qüds zalımların işğalında qalmayacaq

Ruhani: Qüds zalımların işğalında qalmayacaq

İran İslam Respublikasının prezidenti Ümumdünya Qüds gününü əziz tutaraq, vurğulayıb: Qüds heç vaxt unudulmayacaq və zalımların işğalında qalmayacaq.

 İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında bildirib ki, bu il də Ümumdünya Qüds günündə Fələstin xalqının məzlumluq nidası hər bir yolla dünya xalqlarının qulağına çatdırılacaq. O, belə qeyd edib: İslami İran xalqı heç bir vəchlə fələstinlilərə qarşı zülm və təcavüzü qəbul etməyəcək və dözməyəcək. Fələstin xalqının yekun qələbəsi fələstinlilərin müqaviməti və polad iradəsi ilə gec-tez nəticə verəcək.

İran prezidenti bildirib ki, zalımlar qarşısında müqavimət və məzlumları himayə, İran İslam Respublikasının əsas sütunlarından biridir. O, deyib: Başda Amerika olmaqla dünyanın zalım gücləri həmişə zalımların, sionistlərin, rasizmin və aparteidin himayədarı olub və məzlumlara qarşı səy göstəriblər, amma sonda haqq nahaqqa qalib gələcəkdir.

Ruhani həmçinin bildirib ki, Ağ Ev-dəki saray sakinləri ən pis iqtisadi şəraitlə üzləşirlər. O, sonra deyib: Son illər İrana qarşı fitnə törədən kəslər bu gün dünyada ən çətin şəraitə düşmüş bir hökumətdir. Onlar koronavirusla mübarizə rəqabətində göstərdilər ki, nə qədər acizdirlər.

Şərh yaz


Məxfi kod
Yenilə