Çərşənbə, 20 May 2020 11:51

İranın qərbində bir əks-inqilabçı dəstə zərərsizləşdirilib

    İranın qərbində bir əks-inqilabçı dəstə zərərsizləşdirilib

Sepah-ın quru qoşunlarının Şəhid Şəhramfər adına Beytulmuqəddəs qərargahının qüvvələri Kürdüstan vilayətinin kəşfiyyat idarəsinin məmurları ilə yanaşı bir əks-inqilabçı dəstə zərərsizləşdirib və onlardan bir qrupunu öldürüb və yaralayıblar.

SaharAzeri xəbər verir: Sepah-ın quru qoşunlarının Həmzeye Seyyoddoşohəda qərargahının ictimai əlaqələr şöbəsi bir məlumatda bildiribdir ki, Sepah qüvvələri çərşənbə axşamı günü günortaçağı Kürdüstan vilayətinin kəşfiyyat idarəsinin məmurları ilə yanaşı Mərivan ümumi məntəqəsində keçirilən birgə əməliyyatda səkkiz nəfərdən ibarət əks-inqilabçı bir dəstə ilə qarşılaşıb və onlardan iki nəfəri öldürüblər.

Bu qarşıdurmada həmçinin əks-inqilabçı ünsürlərdən daha dörd nəfər də yaralanıbdır. Dəstənin qalıqları bölgənin coğrafi şəraitinə görə, qaçmağa üz tutublar. Onların təqib edilmələri davam edir.

Şərh yaz


Məxfi kod
Yenilə