Cümə axşamı, 21 Mart 2019 18:50

İran prezidenti Novruz bayramı münasibətilə bir qrup region ölkəsinin başçılarını təbrik edib

 İran prezidenti Novruz bayramı münasibətilə bir qrup region ölkəsinin başçılarını təbrik edib

İran İslam Respublikasının prezidenti ayrı-ayrı müraciətlərdə 1398-ci günəş ilinin gəlməsi münasibətilə Əfqanıstan, Tacikistan, Pakistan, Azərbaycan Respublikası, Türkmənistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İraq və Özbəkistanın dövlət başçılarını təbrik edib.

Həsən Ruhani bu gün bu müraciətlərdə Novruz bayramını təbrik edərək, ümidvarlıq edibdir ki, region dövlətləri bahar fəsli vasitəsilə region xalqları arasında qırılmaz birlik və sülh şəraiti, eləcə də öz xalqları üçün rifah və çiçəklənmə yaradacaqlar.

İran prezidenti bu müraciətlərdə həmçinin region ölkələrinin xalqları üçün sağlamlıq və xoşbəxtlik arzu edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə