Çərşənbə, 20 Mart 2019 09:41

29 isfənd, İranda neft sənayesinin milliləşməsinin ildönümü günüdür

29 isfənd, İranda neft sənayesinin milliləşməsinin ildönümü günüdür

Bu gün, isfəndin 29-u, martın 20-i, İranın neft sənayesinin milliləşməsinin 68-ci ildönümü günüdür.

İranın neft sənayesinin milliləşdirilməsi layihəsi 1951-ci il martın 20-də İran məclisində neft komissiyası üzvlərinin təklifi ilə qəbul edildi və İran nefti rəsmi surətdə milli oldu.

İranın neft sənayesinin milliləşməsi ilə yaşanan gərgin bir siyasi dövrdən sonra İngiltərənin əli İranın neft sənayesindən kəsildi və bu məsələ ingilislərin bölgədən tədricən çıxmalarının başlanğıcı oldu.

İranın neft sənayesinin milliləşməsi həmçinin Yaxın Şərqin siyasi hadisələri tarixində bir dönüş nöqtəsi oldu. Camal Əbdulnasirin rəhbərliyi ilə Misirdə Süveyş kanalının milliləşməsi də İranın neft sənayesinin milliləşdirilməsindən ülgü götürdü.

Şərh yaz


Məxfi kod
Yenilə