Çərşənbə axşamı, 19 Mart 2019 16:15

General Baqiri Suriyada əməliyyat bölgələrinə baxış keçirib

General Baqiri Suriyada əməliyyat bölgələrinə baxış keçirib

İranın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Suriyanın Deyrəzzur, Əl-Məyadin və Abu Kamal kimi əməliyyat bölgələrinə gedərək suriyalı döyüşçülər və iranlı hərbi məsləhətçilərlə yaxından görüşüb və danışıb.

İRİB-in verdiyi məlumata görə, İranın Silahlı Qüvvələri Baş Qərargah rəisi General mayor Məhəmməd Baqiri Suriyanın şərqinə səfərində bu ölkənin ordusu və xalq qüvvələrinin ABŞ və regionun irticaçı ərəb dövlətlərinin dəstəyi nəticəsində hələ də İŞİD terrorçularının işğalında olan bəzi əraziləri terrorçulardan təmizləmək əməliyyatını araşdırıb.

General Baqiri İraq və Suriyanın sərhəd ərazisi və strateji keçidinə baxış keçirərək təkfirçi terrorçu İŞİD qüvvələrindən sadəcə 200 metr məsafədə olan təpəciyin üstünə çıxıb.

General Baqirinin Abu Kamal şəhərinə daxil olmasından dərhal sonra Amerikanın qırıcıları və Pilotsuz Uçan Aparatları da bölgənin səmasında uçuşlar həyata keçiriblər amma İranın Silahlı Qüvvələrin Baş Qərargah rəisi əməliyyat bölgələrindəki öz baxış proqramını davam etdirib.

İİR Silahlı Qüvvələrin Baş Qərargah rəisi həmçinin Firatın sahilinə də baxış keçirib və hər bir əməliyyat bölgəsində komandanlar və döyüşçülərlə də görüşüb.

General Baqiri İRİB muxbirinə verdiyi müsahibədə Suriyanın terrorçulardan tam təmizlənilməsinə təkid edərək deyib: Əcnəbilər Suriya torpaqlarından çıxmalıdırlar.

Şərh yaz


Məxfi kod
Yenilə