Çərşənbə axşamı, 19 Mart 2019 15:26

Dejpəsənd: İran Çinlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir

Dejpəsənd: İran Çinlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir

İranın iqtisadi məsələlər və maliyyə naziri deyib ki, İran İslam Respublikası Çinlə əlaqələrin inkişafı və gücləndirilməsinə xüsusi diqqət yetirir.

İranın iqtisadi məsələlər və maliyyə naziri Fərhad Dejpəsənd bu gün Pekində İran-Çin Birgə Əməkdaşlıq Komissiyasının 17-ci iclasında əlavə edib: Müştərək komissiyanın iclaslarının ardıcıl surətdə keçirilməsi Tehran və Pekinin ikitərəfli iqtisadi proqramlarının icrasında ciddi-cəhd nişanəsidir.

Dejpəsənd bildirib ki, İran-Çin Birgə Əməkdaşlıq Komissiyasının 17-ci iclası xüsusi önəmə malikdir. O, deyib: Bu iclasda iki ölkə arasındakı köklü və strateji əlaqələr tərif olunmalıdır.

Çinin ticarət naziri Tszyan San da bu iclasda deyib: Çin və İran iqtisadiyyatları bir-birilərinin tamamlayıcılarıdırlar və iki ölkə həmkarlığının gücləndirilməsi nəinki iki xalqın, həm də region və dünyanın inkişafı və çiçəklənməsinin xeyrinədir.

Tszyan San bildirib ki, İran Qərbi Asiyada Çinin strateji şərikidir. O, deyib ki, Çin də İran neftinin ən böyük idxalatçısı və İranın ən böyük ticarət şərikidir.

İran-Çin Birgə Əməkdaşlıq Komissiyasının 17-ci iclası bu gün İranın iqtisadi məsələlər və maliyyə naziri və Çinin ticarət nazirinin iştirakı ilə Pekində keçirilib.

Şərh yaz


Məxfi kod
Yenilə