Çərşənbə axşamı, 19 Mart 2019 13:24

İlhan Ömər: Amerika İranı və Venesuelanı tənqid etmək vəziyyətində deyil

İlhan Ömər: Amerika İranı və Venesuelanı tənqid etmək vəziyyətində deyil

ABŞ konqresinin müsəlman nümayəndəsi İlhan Ömər dünən “Vaşinqton Post” qəzetindəki bir qeyddə ölkəsinin insan haqları məsələsi qarşısındakı seçimli və ikili rəftarlarını kəskin tənqid atəşinə tutub.

İlhan Ömər bu qeyddə Amerikanın dost və düşmən ölkələrdə insan haqları məsələsi qarşısındakı ikili rəftarlarına toxunub. Vurğulayıb ki, ölkəsi elə bir vəziyyətdə deyildir ki, siyasi problemə malik olduğu ölkələrdə insan haqları vəziyyətini tənqid etmək istəmiş olsun.

İlhan Ömər əlavə edib: Amerika İran və Venesuela kimi ölkələri insan haqlarını pozmaqda ittiham edə və onları öz tənqidləri atəşinə tuta bilməz.

ABŞ konqresinin bu müsəlman üzvü həmin qeyddə ölkəsinin repressiv səud rejiminə olan mütləq dəstəklərinə işarə edib. Deyib ki, amerikalılar Ərəbistanda xalqın yatırılmasına gözlərini yuma bilməzlər.

İlhan Ömər qeyd edib ki, ərəbistan daim insan haqlarının ən böyük pozucuları sırasında duran bir ölkədir.

Şərh yaz


Məxfi kod
Yenilə