Bazar ertəsi, 18 Mart 2019 18:51

General Baqeri: Terrorçularla mübarizə onların tam məğlubiyyətinədək davam edəcək

General Baqeri: Terrorçularla mübarizə onların tam məğlubiyyətinədək davam edəcək

İran Silahlı Qüvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, regionda terrorçularla mübarizə onların tam məhvinədək davam edəcək.

General-mayor pasdar Mohəmməd Baqeri Dəməşqdə İran-Suriya-İraq üçtərəfli iclasının sonunda keçirilən mətbuat konfransında əlavə edib: İran İslam Respublikası, Suriya və İraqın terrorizmlə mübarizədə əl-ələ verərək getdikləri yol davam edəcək.

İran Silahlı Qüvələrinin Baş Qərargah rəisi vurğulayıb: Bu gün dünya imperializminin yetirmələri regionun təhlükəsizliyini pozmaq, həmçinin sionist rejimin işğalçılığı, təcavüzü və zülmünü bərqərar etmək üçün işə girişiblər və qəti şəkildə düşmənlər istəyirlər ki, İraqın və İran İslam Respublikasının xalq hakimiyyətləri sionistlərlə ahəngdar olmaq istiqamətində digər formalara malik olmuş olsunlar.

Şərh yaz


Məxfi kod
Yenilə