Çərşənbə, 20 Fevral 2019 16:02

Çin Xarici İşlər Nazirliyinin sözçüsü İran ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vurğulayıb

Çin Xarici İşlər Nazirliyinin sözçüsü İran ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vurğulayıb

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Tehran və Pekin arasında ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Gen Tszuan bu gün Pekində öz həftəlik brifinqində İran İslam Şurası Məclisinin sədri Əli Laricaninin başçılıq etdiyi İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin Çinə üçgünlük səfərinə toxunub. O, vurğulayıb: İki ölkənin qanuni əməkdaşlıqları məntiqi və beynəlxalq qanunlar çərçivəsində cərəyan edir və beynəlxalq ictimaiyyət tərəfindən ona hörmət edilməlidir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü iki ölkənin enerji sahəsindəki həmkarlıqları və İrandan neft idxalı barədə isə bunları deyib:  Amerikanın digər ölkələrin İranla həmkarlıq etməyəcəkləri ilə bağlı baxışına rəğmən, Çin məsələsi bu sahədə aydındır, dəyişməyibdir və davam etməkdədir.

Qen Şuan belə qeyd edib: Çin daim vurğulayıbdır ki, Amerikanın birtərəfli və ədalətsiz sanksiyalasrı ilə müxalifdir və bu sanksiyalar ləğv olunmalıdır.

İran İslam Şurası Məclisinin sədri Çin xalq konqresinin sədri Li Tszyan Sunun dəvəti ilə bir nümayəndə heyəti ilə dünən Pekinə səfər edibdir.

Şərh yaz


Məxfi kod
Yenilə