Çərşənbə axşamı, 19 Fevral 2019 17:45

General Səlami: Ərəbistan regionda və dünyada "şər işlərin mərkəzidir"

General Səlami: Ərəbistan regionda və dünyada "şər işlərin mərkəzidir"

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi vurğulayıb ki, İranın silahlı qüvvələri Amerika-sionist rejim-regionun mürtəce ərəb rejimləri üçbucağı qarşısında dayanıblar. O, deyib: Bu gün Ərəbistan regionda və dünyada "şər işlərin mərkəzidir".

Briqada generalı pasdar Hoseyn Səlami bu gün Tehranda Sistan və Bəluçestan terror hücumu şəhidlərinin anım mərasimində əlavə edib: Bu hücum təhlükəli beynəlxalq bir strategiya və taktikanın meydana gəldiyini göstərir.

General Səlami deyib: Bu gün qüdrət mərkəzi imperialist dünyasından İslam dünyasına doğru yerdəyişmədədir və dünya İslamın xeyrinə böyük bir hadisəyə hazırdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandan əvəzi bu gün İslamın inkişafda olduğunu qeyd edərək, bildirib ki, imperialist dünyası daha da zəifləyibdir.

Şərh yaz


Məxfi kod
Yenilə