Çərşənbə axşamı, 19 Fevral 2019 15:53

Ələvi: İran Sistan və Bəluçestan terror hücumu amilləri ilə ciddi rəftar edəcək

Ələvi: İran Sistan və Bəluçestan terror hücumu amilləri ilə ciddi rəftar edəcək

İranın təhlükəsizlik naziri deyib ki, İran İslam Respublikası Sistan və Bəluçestan vilayətində törədilmiş terror hücumunun səbəbkarları ilə ciddi rəftar edəcək.

İranın təhlükəsizlik naziri Seyyed Məhmud Ələvi bu gün Tehranda Sistan və Bəluçestan terror hücumu şəhidlərinin anım mərasimində əlavə edib: İranın təhlükəsizlik qüvvələri Sistan və Bəluçestan terror hücumu amilləri ilə ciddi rəftar üçün lazımi tədbirlər görübdür ki, onun bir hissəsi İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah tərəfindən icra olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın ictimai əlaqələr bölməsi dünən bir məlumatda bildirib: İranın təhlükəsizlik qüvvələri bazar günü axşam sürətli və qüdrətli bir əməliyyatda son terror hücumu amillərindən bəzilərinin yerləşdikləri Səravan və Xaş şəhərlərindəki bir neçə gizli evi aşkar edərək, dağıdıb və onlarda yerləşən terrorçuları həbs ediblər.

Üç terrorçunun həbs olunduğu bu əməliyyatda partlayışa hazır 150 kiloqram maddə, düzəldilməkdə olan 600 kiloqram partlayıcı maddə və müəyyən miqdarda silah və sursat aşkar edilibdir.

Fevralın 13-ü günü gecə İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətindəki Xaş-Zahidan şose yolunda İran İslam Respublikası sərhədçilərini daşıyan bir avtobus terror hücumuna məruz qaldı. Nəticədə 27 sərhədçi şəhid oldu, 13 nəfər də yaralandı.

“Ceyşulzulm” terror qruplaşması bu cinayətin məsuliyyətini öz üzərinə götürübdür.

Şərh yaz


Məxfi kod
Yenilə