Bazar, 17 Fevral 2019 10:14

Zərif: Münhen və Varşava konfransları Amerikanın təcriddə olduğunu göstərdi

Zərif: Münhen və Varşava konfransları Amerikanın təcriddə olduğunu göstərdi

İran İslam Respublikasının xarici işlər naziri dünən Mühnen təhlükəsizlik konfransının kənarında Livanın Əlminar telekanalı ilə müsahibədə deyib ki, Münhen və Varşava konfransları Amerika dövlətinin təcriddə olduğunu göstərdi.

Məhəmməd Cavad Zərif qeyd edib ki, heç kəs Amerikanın anti-İran hərəkətlərinə qoşulmur, zira Vaşinqton beynəlxalq qanunları pozubdur.

ABŞ-ın vitse-prezidenti Mayk Pens cümə axşamı günü Varşava konfransında, şənbə günü isə Mühneh konfrasında avropalılardan istədi ki, Amerika kimi nüvə anlaşmasından çıxsınlar. Pensin bu yalvarışı Avropa Birliyi tərəfindən qətiyyətlə rədd olundu.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini də Mühnen təhlükəsizlik konfransında vurğuladı ki, ABŞ-ın təzyiqlərinə rəğmən, Avropa nüvə anlaşmasının tam icrasını davam etdirəcəkdir.

Zərif Əlminar telekanalı ilə müsahibəsinin davamında bir daha İranın müxtəlif sahələrdə Livana dəstək verdiyini vurğuladı. Bildirdi ki, Mühnen təhlükəsizlik konfransının kənarında Livanın müdafiə naziri İlyas Busəəb ilə keçirdiyi görüşdə Tehranın Livan ilə iqtisadi əməkdaşlığın irəlilədilməsinə hazır olduğunu vurğulayıbdır.

Şərh yaz


Məxfi kod
Yenilə