Şənbə, 16 Fevral 2019 22:00

Qasemi: Mayk Pensin anti-İran sözləri puç və təbliğat mahiyyətlidir

Qasemi: Mayk Pensin anti-İran sözləri puç və təbliğat mahiyyətlidir

İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın vitse-prezidentinin anti-İran sözlərinə reaksiyada deyib: Bu sözlər puç və təbliğat mahiyyətli olaraq, küdurət və əsəbilik üzündən söylənibdir.

ABŞ-ın vitse-prezidenti anti-İran Varşava iclasının uğursuz qalmasından sonra dünən İrana qarşı nasistlərə bənzər əsassız antisemitizm ittihamı vurubdur.

Bəhram Qasemi bu gün ISNA ilə müsahibədə vurğulayıb ki, Pensin anti-İran sözləri müsəlman iranlıların yəhudi icmasına baxış növünə bir xələl gətirmir. O, əlavə edib: İranın ilahi dinlərə, xüsusən yəhud dininə hörməti və dinc yanaşı yaşamadakı tarixi və mədəni keçmişi müxtəlif xalqların mötəbər tarixi sənədlərində qeydə alınıbdır.

Qasemi sionist rejimin təcavüzkarlıq və işğalçılıq xüsusiyyətini region ölkələri arasındakı təfriqənin amili və Qərbi Asiyada böhranın kökü adlandırıb və belə deyib: Amerikalılar bilsinlər ki, bu ittihamlar və dəxli olmayan haqsız sözlər Qərbi Asiya böhranının kökləri və mövzusu prinsipindən bir problemi həll etməyəcəkdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu amerikalı rəsmiyə və onun müttəfiqlərinə xitabən vurğulayıb: Tarix elə həqiqətlərlə doludur ki, heç vaxt heç bir qüdrət həmişəlik olaraq onu aradan götürməyə və ya dəyişməyə qadir deyildir.

Çərşənbə və cümə axşamı günləri Polşa paytaxtında keçirilən anti-İran Varşava iclası ABŞ və sionist rejimin İranın adını onun yekun bəyanatında yerləşdirmək sahəsində uğursuz qalmaları ilə başa çatdı.

Şərh yaz


Məxfi kod
Yenilə