Cümə axşamı, 14 Fevral 2019 11:51

Ruhani: Sepahın fədakar personalına hücum İran xalqının düşmənlərinin acizliyini göstərir

Ruhani: Sepahın fədakar personalına hücum İran xalqının düşmənlərinin acizliyini göstərir

İran İslam Respublikası prezidenti ölkənin cənub şərqində Xaş-Zahidan şosse yolunda İslam İnqilabının Keşikçiləri Korpusunun fədakar personalını daşıyan avtobusa vəhşicəsinə hücumun cinayətkar muzdluların və İran xalqının düşmənlərinin ünsürlərinin acizliyini göstərdiyini bildirib.

 

 

Dünən gecə İranın cənub şərqində Sistan və Bəluçestan ostanında Xaş-Zahidan şosse yolunda İran İslam Respublikası sərhəd keşikçilərini daşıyan bir ədəd avtobus terror hücumunun hədəfinə çevrilib və nəticədə İran sərhədlərini qoruyanlardan 27 nəfər şəhid olub, 13 nəfər isə yaralanıb. 

Prezident aparatının mətbuat xidmətinin bildirdiyinə görə, İİR prezidenti Həsən Ruhani bu gün bir müraciətdə bildirib: Heç şübhəsiz ki,  bu nəhs hərəkətin bütün amilləri və himayədarları ölkənin təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin səyləri nəticəsində yaxın günlərdə öz cinayətlərinin cəzasını çəkməli olacaqlar. 

Ruhani deyib: Bu cinayət Ağ evdə, Təl-Əvivdə terrorizmin həqiqi himayədarlarının və onların regiondakı ünsürlərinin qara dosiyasına növbəti rüsvayçı ləkədir, onlar həm iranofobiya məqsədi ilə süni və gülünc hərəkətlərə əl atır, həm də orta şərq üçün terrorizm ilə mübarizə və təhlükəsizlik yaratma iddiasındadır. 

İran İslam Respublikası prezidenti deyib: İran xalqının islami quruluşun yüksək amallarını və milli hüdudları müdafiədəki bütövlüyü və həmrəyliyi düşmənlərin boş ümidlərini məhv edəcək. 

Şərh yaz


Məxfi kod
Yenilə